Reklam verin!

proza

Can sözdür, əgər bilirsə insan...

Blog Haqqında

PARVİZ
Allah “öldürmə!”,- deyir, ama özü öldürür; burdan belə çıxır ki, öldürməklə Allah özü də qatildi, həm də qətllərini killerinə sifariş verib törədir, özündən əlavə başqa birini də cinayətə qoşan mafiya babasına oxşayır; ya da bunlar “Kitab”ların qondardığı cəfəngiyyat və böhtandı; Allah bir dəfə yaratmaqla olum-ölüm məsələsindən insanların özlərinin özlərinə qoyacağı NÖQTƏYƏ kimi yaxasını və ya əlini bilmərrə kənara çəkib.

Axtarış

Bölmələr

Arxivlər

Keçidlər

Açar sözlər

roman 

Sayqaç

  • İndi blogda: 1
  • Keçən ayın hiti: 267
  • Dünənki hit: 4
  • Bugünki hit: 3
  • Ümumi hit: 2649

Müxtəlif

"O" (kilkə-5)

PARVİZ Yanvar 6, 2008 18:43

...Polis yanındakılara: "Dayanın, heç kim içəri keçməsin!" - dedi, suyu şappıldada-şappıldada özü keçdi. İçəri zülmət idi; əllərini divara sürtə-sürtə, peşəsinin yiyəsi kimi, ehtiyatla, səssizcə irəliləyirdi. Gəl ki, çəkmələri suyla dolmuşdu addım atdıqca ayaqları çəkmələrinin içində fırçıltı salıb sükutu pozurdu. Bütün işıq düymələrini tapıb əlləşdirdi, yananı olmadı. Lampalar zay olmuşdu. Ayağı ilişib yıxıldı suya  uzanmışın düz qucağına düşdü.

Davamı...
Şərhlər(0) Baxış sayı: 101 Yanvar 6, 2008 18:43

Xilas (kilkə-4)

PARVİZ Yanvar 6, 2008 18:22

Qapı zəngi durmadan çalınırdı...

Yatmışdı.

Qapı zəngi öz işindəydi...

Qapı açıldı. Yol haqqına doqquz aylıq ağrı verib düşdü. Qapı bağlandı. Nəsə fikirləşib kəsə, çölləmə yola düzəldi. Dörd ağaclıq bir yoldu. Yan-yörədə işıq ucu gözə dəymirdi. Ara-sıra it hürüşmələri eşidilirdi. Yenicə güclü yağış yağmışdı. Addımını atan kimi zığ-palçığa, çamurluğa düşürdü. Ayağını gilin içindən qoparmaq it əzabına başa gəlirdi.

Davamı...
Şərhlər(0) Baxış sayı: 91 Yanvar 6, 2008 18:22

DÜŞMƏN

PARVİZ Dekabr 31, 2007 18:13

DÜŞMƏH - əvvəli - http://www.boxca.com/112U00AL4192/03.DOC/

(Kilkə-3)               

    - HAKİM GƏLİR! HAMI AYAĞA !

    Heç kim gəlmədi. Otaqda da cəmi ikicə adam vardı. Otur, - dedi biri, özü ayaq üstə qaldı. - Səhərin açılmağına qədər qalır? Düzdü, ikimizdən birinə bunun heç bir dəxli yoxdu. Ancaq aclıq da heç nəyə baxan deyil.

    "Otur" dediyi hələ oturmamışdı. Heç otura da bilməzdi. Bədəni  başdan-ayağa kəndirlə sarınmışdı, gözləri, ağzı qalın, qara parçayla. Yuxarıda, divardakı taxçada tən yarısı ərimiş şam zəif-zəif otağı işıqlandırırdı. Şamın divara tərəf üst hissəsində yığışıb qalan ərinti beli azca bükülmüş, əlini çənəsinə söykəyib şamın alov dillərinə, o alovun içindən aşağıdakı iki düşmənə - eyni yaşda, eyni üzdə, eyni boy-buxunda olan iki düşmənə baxan, yaşı yaşsız bir qocaya bənzəyirdi. Deyəsən, elə həqiqətdə o qoca şamın üstündə oturmuşdu aşağı baxırdı.

Davamı...
Şərhlər(0) Baxış sayı: 69 Dekabr 31, 2007 18:13

DÜŞMƏN

PARVİZ Dekabr 31, 2007 18:10

DÜŞMƏH -ardı

(Kilkə-3)               

    Yadından çıxmayıbsa, bir qız sevmişdim. Gizlincə. Heç kimin xəbəri yoxdu bu sevgidən, bizim - sənnən mənim ayrı-ayrı adamlar olduğumuzdan xəbərləri olmayan kimi... Sevənin gözü kor, dili lal, ağlı itkin, ayaqları çaş-baş olar - buna görə deyirəm "yadından çıxmayıbsa". Hər şeyim sənin olmuşdu o vaxt. Yəni onda əsir olan məniydim. Düzdü, sən özünün sən, ya mən olduğundan tamam xəbərsizdin. Heç bilmirdin, məni - mən düşmənini tanımırdın. sənə elə gəlmişdi ki, sevən elə sənsən, sənin ürəyindi. Adətinizcə, tez qaçıb yanmış dilinlə bu sevgini açmışdın o qıza, evlənmək istədiyini bildirmişdin. Mən ayıldım, ancaq nəticəsi pis oldu. Qız özünü zəhərlədi. Onda o yazığa yazdığımı sən bilmirsən. Artıq sən yenə mənim əsirim idin. Ancaq bundan da xəbərsizdin. Sənə hər şey, məni görməyin , yuxu kimi gəlirdi. "Gördüyün" bu əcayib yuxulardan dəhşətə gəlirdin. Hətta yuxuda belə şeylər görməyindən üşənib vahiməyə, qorxuya düşürdün. , mən onda o qıza "Sıfırıncı məktub"umda:

Davamı...
Şərhlər(0) Baxış sayı: 59 Dekabr 31, 2007 18:10

DÜŞMƏN

PARVİZ Dekabr 31, 2007 17:57

DÜŞMƏH - ardı

(Kilkə-3)               

    Arada bir xeyli sükut yarandı. Sükutu siçanların səsi pozdu. Dəmir gəmirirdilər.

    - Eşidirsənmi, siçanlarınızdı. Elə bilirsən dəmir gəmirirlər?! Beynimi gəmirirlər, beynimi. - Elə bu vaxt nəsə  pəncərənin  torunu cırmaqladı. Əti ürpəşdi. Dəli kimi başını əllərinin arasına alıb sıxdı. Pəncərəyə yaxınlaşıb baxdı. Kərtənkələydi.  - Qoyun kimi gözünü zilləyibsən mənə, bəlkə adam görməyibsən? - qışqırdı. - Bilirəm, - dedi, - bilirəm sən beynimçün gəlibsən. Kişt, kişt! - qovmağa çalışdı. - Deməli, düşmürsən.

Davamı...
Şərhlər(0) Baxış sayı: 55 Dekabr 31, 2007 17:57

DÜŞMƏN

PARVİZ Dekabr 31, 2007 17:50

DÜŞMƏH - ardı

(Kilkə-3)               

    Axırıncı söz deyilən kimi, şamın işığı titrədi. Qocanın yarısı əriyib töküldü. Başını qaldırıb şama baxdı:

    - Bilirəm, - dedi, - satıldığım ilk gündən bilirəm ki, - yenə üzünü şama tutmuşdu, elə bil qocayla danışırdı, - mən xainəm, Vətən, millət xaini. Öz cəzamı da bilirəm. Ancaq bacarmıram. Lap çaşbaş qalmışam. Bütün fikirlərim düyün düşüb. mən bütün bu illər ərzində əslində kimin - onunmu, mənimmi yaşamalı olduğunu özümçün aydınlaşdırammamışam. Ona görə bu gün, bu gecə bu düyünü kəsib-doğramaq qərarına gəlmişəm. Kəsib-doğramaq. Açmağı bacarmadım.

Davamı...
Şərhlər(0) Baxış sayı: 68 Dekabr 31, 2007 17:50

DÜŞMƏN

PARVİZ Dekabr 31, 2007 17:32

DÜŞMƏH - sonu

(Kilkə-3)               

   ...Nə qədər keçib-keçmədiyindən xəbərsizdi. Dağın döşündəydi. İri bir daşa söykənib büzüşmüşdü. Gözləri yumulu olsa da, yatıb-yatmadığı bilinmirdi. Hardansa güllə səsi eşidib diksindi, gözləri güllə kimi açıldı elə bir anın içində göyü, yeri gördü, yerdə qara parçanı... Bilmədi yuxudan ayıldı, yoxsa... Bilə bilmədi. Hər halda, yerdə nəyisə ona xatırladan qara parça vardı.

Davamı...
Şərhlər(0) Baxış sayı: 87 Dekabr 31, 2007 17:32

kilkə-2

PARVİZ Dekabr 31, 2007 2:10 Şərhlər(0) Baxış sayı: 90 Dekabr 31, 2007 2:10

Qətl sınan gecə (1-ci bölüm)

PARVİZ Dekabr 31, 2007 1:04

(Kilkə-1)

 

    Adam, ilboyu ən çalışqan, ən intizamlı işçi olmuşdu; lap barmaqla göstərilən biriydi; buna görə mükafat alacağını, yerinin hesabına ən bahalı sanatoriyalardan birində pulsuz istirahətə göndəriləcəyini hələ on beş gün irəlicədən bilirdi. Hər şey bir yana, bu sanatoriya məsələsinə işdə qibtə eləməyən tapılmazdı.

 

  Davamı...
Şərhlər(0) Baxış sayı: 59 Dekabr 31, 2007 1:04

Qətl sınan gecə (2-ci bölüm)

PARVİZ Dekabr 31, 2007 0:56

əvvəli birinci bölümdə

(kilkə-1)

    Qadının üzü yaman tanış gəldi - lap elə bil bu gün görmüşdü hardasa. Kimliyini, evə necə girdiyini soruşmaq istəyirdi ki, söz lap dodaqlarından qayıtdı : "Cəhənnəmə, - düşündü, - hər kimdisə, adamdı da, qoy uzansın".

     Sonra təzədən otağı gözdən keçirdi. Divarın çat yerlərinə yaşıl lentlə yapışdırdığı şəkillər, şairlərin portretləri qoparılmışdı. Bəzi yerlərdə şəkillərin qırağının lentqarışıq cırılıb qaldığı görünürdü. Elə bil ev köç üstəydi. Hər şey qablaşdırılıb güncə yığılmışdı. Sevdiyi şairlərin qalın kağızlı portretləri necə gəldi dürgələnib paltar boğçasına

dürtülmüşdü. Götürüb baxdı - əzik-üzük olmuşdular. Elə əyilmiş vəziyyətdəcə başını qadına sarı döndərib şairləri niyə bu günə saldığını soruşmaq istədi. Əvəzində:

Davamı...
Şərhlər(0) Baxış sayı: 68 Dekabr 31, 2007 0:56

  Yazılar cəmi: 13    Sonrakı səhifə »


© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com