Reklam verin!
Yuma Ailə Jurnalı

DÜŞMƏN

Yazar: PARVİZ @ Dekabr 31, 2007 18:13

DÜŞMƏH - əvvəli - http://www.boxca.com/112U00AL4192/03.DOC/

(Kilkə-3)               

    - HAKİM GƏLİR! HAMI AYAĞA !

    Heç kim gəlmədi. Otaqda da cəmi ikicə adam vardı. Otur, - dedi biri, özü ayaq üstə qaldı. - Səhərin açılmağına qədər qalır? Düzdü, ikimizdən birinə bunun heç bir dəxli yoxdu. Ancaq aclıq da heç nəyə baxan deyil.

    "Otur" dediyi hələ oturmamışdı. Heç otura da bilməzdi. Bədəni  başdan-ayağa kəndirlə sarınmışdı, gözləri, ağzı qalın, qara parçayla. Yuxarıda, divardakı taxçada tən yarısı ərimiş şam zəif-zəif otağı işıqlandırırdı. Şamın divara tərəf üst hissəsində yığışıb qalan ərinti beli azca bükülmüş, əlini çənəsinə söykəyib şamın alov dillərinə, o alovun içindən aşağıdakı iki düşmənə - eyni yaşda, eyni üzdə, eyni boy-buxunda olan iki düşmənə baxan, yaşı yaşsız bir qocaya bənzəyirdi. Deyəsən, elə həqiqətdə o qoca şamın üstündə oturmuşdu aşağı baxırdı.

Davamı...

DÜŞMƏN

Yazar: PARVİZ @ Dekabr 31, 2007 18:10

DÜŞMƏH -ardı

(Kilkə-3)               

    Yadından çıxmayıbsa, bir qız sevmişdim. Gizlincə. Heç kimin xəbəri yoxdu bu sevgidən, bizim - sənnən mənim ayrı-ayrı adamlar olduğumuzdan xəbərləri olmayan kimi... Sevənin gözü kor, dili lal, ağlı itkin, ayaqları çaş-baş olar - buna görə deyirəm "yadından çıxmayıbsa". Hər şeyim sənin olmuşdu o vaxt. Yəni onda əsir olan məniydim. Düzdü, sən özünün sən, ya mən olduğundan tamam xəbərsizdin. Heç bilmirdin, məni - mən düşmənini tanımırdın. sənə elə gəlmişdi ki, sevən elə sənsən, sənin ürəyindi. Adətinizcə, tez qaçıb yanmış dilinlə bu sevgini açmışdın o qıza, evlənmək istədiyini bildirmişdin. Mən ayıldım, ancaq nəticəsi pis oldu. Qız özünü zəhərlədi. Onda o yazığa yazdığımı sən bilmirsən. Artıq sən yenə mənim əsirim idin. Ancaq bundan da xəbərsizdin. Sənə hər şey, məni görməyin , yuxu kimi gəlirdi. "Gördüyün" bu əcayib yuxulardan dəhşətə gəlirdin. Hətta yuxuda belə şeylər görməyindən üşənib vahiməyə, qorxuya düşürdün. , mən onda o qıza "Sıfırıncı məktub"umda:

Davamı...

DÜŞMƏN

Yazar: PARVİZ @ Dekabr 31, 2007 17:57

DÜŞMƏH - ardı

(Kilkə-3)               

    Arada bir xeyli sükut yarandı. Sükutu siçanların səsi pozdu. Dəmir gəmirirdilər.

    - Eşidirsənmi, siçanlarınızdı. Elə bilirsən dəmir gəmirirlər?! Beynimi gəmirirlər, beynimi. - Elə bu vaxt nəsə  pəncərənin  torunu cırmaqladı. Əti ürpəşdi. Dəli kimi başını əllərinin arasına alıb sıxdı. Pəncərəyə yaxınlaşıb baxdı. Kərtənkələydi.  - Qoyun kimi gözünü zilləyibsən mənə, bəlkə adam görməyibsən? - qışqırdı. - Bilirəm, - dedi, - bilirəm sən beynimçün gəlibsən. Kişt, kişt! - qovmağa çalışdı. - Deməli, düşmürsən.

Davamı...

DÜŞMƏN

Yazar: PARVİZ @ Dekabr 31, 2007 17:50

DÜŞMƏH - ardı

(Kilkə-3)               

    Axırıncı söz deyilən kimi, şamın işığı titrədi. Qocanın yarısı əriyib töküldü. Başını qaldırıb şama baxdı:

    - Bilirəm, - dedi, - satıldığım ilk gündən bilirəm ki, - yenə üzünü şama tutmuşdu, elə bil qocayla danışırdı, - mən xainəm, Vətən, millət xaini. Öz cəzamı da bilirəm. Ancaq bacarmıram. Lap çaşbaş qalmışam. Bütün fikirlərim düyün düşüb. mən bütün bu illər ərzində əslində kimin - onunmu, mənimmi yaşamalı olduğunu özümçün aydınlaşdırammamışam. Ona görə bu gün, bu gecə bu düyünü kəsib-doğramaq qərarına gəlmişəm. Kəsib-doğramaq. Açmağı bacarmadım.

Davamı...

DÜŞMƏN

Yazar: PARVİZ @ Dekabr 31, 2007 17:32

DÜŞMƏH - sonu

(Kilkə-3)               

   ...Nə qədər keçib-keçmədiyindən xəbərsizdi. Dağın döşündəydi. İri bir daşa söykənib büzüşmüşdü. Gözləri yumulu olsa da, yatıb-yatmadığı bilinmirdi. Hardansa güllə səsi eşidib diksindi, gözləri güllə kimi açıldı elə bir anın içində göyü, yeri gördü, yerdə qara parçanı... Bilmədi yuxudan ayıldı, yoxsa... Bilə bilmədi. Hər halda, yerdə nəyisə ona xatırladan qara parça vardı.

Davamı...

kilkə-2

Yazar: PARVİZ @ Dekabr 31, 2007 2:10

hekayə

"KİLKƏ"

http://www.boxca.com/11LU6JV905X7/02.DOC/

Qətl sınan gecə (1-ci bölüm)

Yazar: PARVİZ @ Dekabr 31, 2007 1:04

(Kilkə-1)

 

    Adam, ilboyu ən çalışqan, ən intizamlı işçi olmuşdu; lap barmaqla göstərilən biriydi; buna görə mükafat alacağını, yerinin hesabına ən bahalı sanatoriyalardan birində pulsuz istirahətə göndəriləcəyini hələ on beş gün irəlicədən bilirdi. Hər şey bir yana, bu sanatoriya məsələsinə işdə qibtə eləməyən tapılmazdı.

 

 

Davamı...

Qətl sınan gecə (2-ci bölüm)

Yazar: PARVİZ @ Dekabr 31, 2007 0:56

əvvəli birinci bölümdə

(kilkə-1)

    Qadının üzü yaman tanış gəldi - lap elə bil bu gün görmüşdü hardasa. Kimliyini, evə necə girdiyini soruşmaq istəyirdi ki, söz lap dodaqlarından qayıtdı : "Cəhənnəmə, - düşündü, - hər kimdisə, adamdı da, qoy uzansın".

     Sonra təzədən otağı gözdən keçirdi. Divarın çat yerlərinə yaşıl lentlə yapışdırdığı şəkillər, şairlərin portretləri qoparılmışdı. Bəzi yerlərdə şəkillərin qırağının lentqarışıq cırılıb qaldığı görünürdü. Elə bil ev köç üstəydi. Hər şey qablaşdırılıb güncə yığılmışdı. Sevdiyi şairlərin qalın kağızlı portretləri necə gəldi dürgələnib paltar boğçasına

dürtülmüşdü. Götürüb baxdı - əzik-üzük olmuşdular. Elə əyilmiş vəziyyətdəcə başını qadına sarı döndərib şairləri niyə bu günə saldığını soruşmaq istədi. Əvəzində:

Davamı...

Qətl sınan gecə (3-cü bölüm)

Yazar: PARVİZ @ Dekabr 31, 2007 0:50

əvvəli 2-ci bölümdə   

(kilkə-1)

    Nəsə pıçıldaya-pıçıldaya kor kimi əl havasına, qaranlıqdan tuta-tuta otağına qayıtdı. Ayağı nəyəsə ilişdi, yıxılıb stula dəydi. Stul döşəmənin üstüylə sürüşüb ətürpədən bir səs çıxardı. Ufuldaya-ufuldaya qalxıb işığı yandırdı, qıçının əzilən yerinə baxdı - qan axırdı. Bir az qəzet cırıb qanayan yerə yapışdırdı.

 

 

Davamı...

Qətl sınan gecə (son bölüm)

Yazar: PARVİZ @ Dekabr 31, 2007 0:43

əvvəli 3-cü bölümdə

(kilkə-1) 

- Özünə gəl, - hövlnak dedi, - özünə gəl, ölüb-eləməmişəm, bax, sənin yanındayam, - bir az özündən aralayıb, yumulmuş gözlərini açdı yenə,- bax, - dedi, - görürsən ki, sağam... Qadın: - Yox, sən öldün, - dedi. Oğlan səsi xırıldaya-xırıldaya, "deməli, ölmüşəm, götürənim yoxdu, ?.." - dedi qadını bu sözdəncə ayılıb gözlərini bərəltdi, elə bil kipriklərindən dünya asılmışdı qoymurdu ki, gözləri açıla, baxa. Sonra qıyılmış gözüylə inamsız-inamsız adama baxdı. Bayaqdan gözləri açıq olsa da, yuxudan ayılmamışdı - handan-hana ayılırdı.

 

 

Davamı...


  Yazılar cəmi: 11    Sonrakı səhifə »

Blog Haqqında


PARVİZ

Allah “öldürmə!”,- deyir, ama özü öldürür; burdan belə çıxır ki, öldürməklə Allah özü də qatildi, həm də qətllərini killerinə sifariş verib törədir, özündən əlavə başqa birini də cinayətə qoşan mafiya babasına oxşayır; ya da bunlar “Kitab”ların qondardığı cəfəngiyyat və böhtandı; Allah bir dəfə yaratmaqla olum-ölüm məsələsindən insanların özlərinin özlərinə qoyacağı NÖQTƏYƏ kimi yaxasını və ya əlini bilmərrə kənara çəkib.

Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Açar sözlər

roman 

Sayqaç

İndi blogda: 1
Keçən ayın hiti: 267
Dünənki hit: 13
Bugünki hit: 1
Ümumi hit: 3336

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites